Misirdə ailələr arasında torpaq davası düşsü, 8 nəfər öldü, 33 yaralı

  • By admin
  • 13 Avqust 2020 15:44

Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası düşüb.

Gununsesi.info-nun məlumatına görə, davada iştirak edənlərdən azı 8 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.

Dava iştirakçıları avtomat silahlardan və tapançalardan atəş açıblar. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

 

Gununsesi.info