Moldovada parlament buraxılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkə Prezidenti Mayya Sandu parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi haqda fərman verib. Bu barədə o, brifinq zamanı elan edib:
“Parlamentin buraxılması haqda fərman verdim. Növbədənkənar seçkilər iyulun 11-də keçiriləcək”.
Xatırladaq ki, martın sonunda Sandu parlamentin buraxılması və erkən seçkilərə təşəbbüs hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Belə ki, deputatlar üç ay ərzində iki dəfə hökumət qura bilməyiblər.
Gununsesi.info