Günümüzdə aktual olan bir məsələ də evlilikdir.
Rəsmi formadan əlavə, “Molla kəbini” deyə prosedurun olduğu da məlumdur.
Bəs maraqlıdır, bu cür evlənən adamlara mülkdən pay düşürmü?
Gununsesi.info bu barədə hüquqşünas Şamil Paşayevin fikirlərini öyrənib.
“Molla kəbini” ilə evlənən şəxslərin bir-birinin qarşısında heç bir öhdəliyi olmur. Kəbin dövründə birlikdə əldə edilən əmlak kimin adınadırsa, onun da olur, digər tərəfə həmin mülkdən heç nə düşmür. Hətta tərəflərdən biri vəfat edərsə, əmlak kimin adınadırsa, yenə də onda qalır. Ona mirasdan da pay düşmür”,– deyə Paşayev bildirib.
Orxan
Gununsesi.info












