MTN generalı vəfat etdi

  • Müəllif: Orxan
  • 01 İyun 2026 15:03

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudovun “sağ əli” kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün torpağa tapşırılacaq. (Qafqazinfo.az)

Gununsesi.info