Müəssisə rəisi həbsdəki jurnalistin məhkəməyə yolunu bağlayıb

  • By admin
  • 04 İyun 2023 11:15

Hazırda həbsdə olan jurnalist Mahir Xəttab cəzasının çəkilməmiş hissəsindən azad olunmaq üçün Qaradağ Məhkəməsinə müraciət etsə də 14 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun ərizəsini qəbul etmir.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə birgə cəza çəkən və 2 gün öncə azadlığa buraxılan bligger Abid Qafarov deyib.

“Mahir Xəttab hazırda mənim azad edildiyim 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumdur.

Cəzasının 1/2-ni çəkib və şərti azadlığa buraxılması üçün Qaradağ rayon məhkəməsinə ərizə yazıb, lakin Cəzaçəkmə Müəssisəsi onun ərizəsini qəbul etmir”.

Mais
Gununsesi.info