
“Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin tanınmış iş adamı Rahmi Koçla görüşüb .
Gununsesi.info bildirir ki, həmyerlimizbununla bağlı sosial şəbəkə hesabında qeyd paylaşıb.
Həmin qeydi təqdim edirik:
“Koç Holding”in sahibi Rəhmətlik dostum Mustafa Koçun atası, dəyərli Türk iş adamı, “Koç Holding” Yönətim Kurulu Onursal Başkanı Rahmi Koçun qonağı oldum. Rahmi bəyin məsləhətləri, uzaqgörənliyi məni hər zaman heyrətləndirib. Prosesləri düzgün və hərtərəfli şəkildə təhlil edib irəli sürdüyü yeni prognozları və müdrik tövsiyələri hər zaman, xüsusilə də çətin günlərdə köməyimiz olub. “Koç Holding”in qurucusu olmaq, bu brendi yalnız Türkiyə deyil, dünya markasına çevirmək və bu səviyyədə saxlamaq olduqca çətin işdir. Dostluğumuz mənim üçün dəyərlidir.
Gununsesi.info