Müğənni Şəhriyar Məhərrəmov Bakının mərkəzində fəaliyyətə başlayan və sosial şəbəkələrdə “Cılqın dondurmacı” kimi tanınan türkiyəli dondurma satıcısına qarşı edilən tənqidlərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, sənətçi qeyd edib ki, sahibkar özünəməxsus satış konsepti quraraq müştəriləri rəqs və əyləncə ilə cəlb edir və bu biznes modeli ilə uğur qazanıb.
Şəhriyar Məhərrəmov bəzi sosial şəbəkə istifadəçilərinin həmin şəxsin ünvanına yazdıqları təhqiramiz rəyləri tənqid edərək bunları yazıb:
“Kimsə oynayıb dondurma alırsa sənə nə? Kimsə Tarqovuda rəqs edirsə sənə nə? Başqasının kimlə, harada və necə rəqs etməsinin heç kimə dəxli yoxdur. Hər kəs öz şəxsiyyətinə və öz hərəkətlərinə cavabdehdir.”
Müğənni, həmçinin “milli qeyrət” və “namus” adı altında başqalarının şəxsi seçiminə müdaxilə edilməsini doğru hesab etmədiyini bildirib.
Elmar











