
Demək olar, hər gün sosial şəbəkələrdə hansısa mobil operatorların fəaliyyətləri ilə bağlı şikayətlər olur.
Müxtəlif məzmunda olan şikayətlər bəzən lağ-lağıya da çevrilə bilir.
“Azercell, bir günlük 30 GB hədiyyənizi ehtiyacı olan birinə verin”.
Gununsesi.info xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb.
O, bu paylaşımı ilə mobil operatora ironiya edib:
“Azercell 1 günlük 30 GB hədiyyənizi ehtiyacı olan birinə verin. Pulumla aldığım interneti heç 1 ay ərzində bitirmirəm, sizdə qalır”.