Nərimanov qarlı günlərdən sonra - FOTOLAR

  • By admin
  • 01 Mart 2021 11:50

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin “Payız-qış mövsümünə hazırlıq tədbirləri planı”na əsasən bir müddət əvvəl keçən şaxtalı və qarlı günlərdə yaranacaq problemlərin operativ həlli üçün Nərimanov Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılmış, İcra Hakimiyyəti də daxil olmaqla müvafiq xidmət sahələrində növbətçilik təşkil edilmişdir. Həmin günlədə buz bağlamış yollara duz və digər məhlullar səpilmiş, yollarda nəqliyyatın hərəkəti təmin edilmiş, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılmışdır. Həmçinin sakinlərin üzləşdiyi kommunal narahatlıqlara dərhal reaksiya verilmiş və qısa müddət ərzində həll edilmişdir.

Bu barədə Gununsesi.info-ya Nərimanpv Rayon İcra Hakimiyyətindən göndərilən məlumatda deyilir.

Bildirilir ki, qarlı havadan sonra Nərimanov rayonunda da çirklənmiş ərazilərdə təmizlik işləri aparılmışır. Bir müddət əvvəl yağmış qardan sonra rayonun mərkəzi prospekt və küçələrində kommunal xidmət sahələri tərəfindən yolkənarı işıq dirəkləri, zibil konteynerləri və onların ətrafları, ağac və kollar yuyularaq təmizlənmişdir. O cümlədən küçə boyu bordür və səkilərdə də təmizlik işləri görülmüşdür. Yol kənarında yerləşən ticarət və digər qeyri-yaşayış obyektlərinin vitrin şüşələrinin təmizliyi monitorinq edilmiş, şüşələrin təmiz olması sahibkarların köməyi və kommunal xidmət sahələrinin işçiləri tərəfindən təmin edilmişdir. İşlərin daha effektiv həyata keçirilməsi üçün rayon icra hakimiyyətinin əməkdaşları küçə və prospektlərdə işlərin gedişatına nəzarət etmişdir.

Onu da qeyd edək ki, rayon ərazisində gündəlik təmizlik işlərindən əlavə mövsümi yaşıllaşdırma, mövcud yaşıllıqların qorunması  və abadlıq işləri də davam etdirilir.

Gununsesi.info