Xəbər verdiyimiz kimi, Ermənistanda keçirilən seçkilər müzakirə olunmağa davam edir.
İqtisadçı Natiq Cəfərli Ermənistan seçkilərinin nəticələrini Gununsesi.info-ya şərh edərək bildirib ki, Ermənistan cəmiyyəti sülhə, prosesin davamına və daha sivil dövlət quruculuğuna səs verib.
Onun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə 49,81 faiz səs toplasa da, Ermənistanın seçki qanunvericiliyinin xüsusiyyətlərinə əsasən təkbaşına hökumət formalaşdırmaq imkanına malik olacaq.
Cəfərli qeyd edib ki, parlamentə düşməyən partiyaların səslərinin bölüşdürülməsi nəticəsində hakim partiyanın parlamentdə təmsilçiliyi ən azı 52 faizə çata bilər.
O, həmçinin onu da bildirib ki, Azərbaycan cəmiyyətinin siyasətlə maraqlanan hissəsinin də Paşinyanın qələbəsini dəstəkləməsi ölkədə sülh prosesinin davamına ictimai dəstəyin göstəricisidir.
Elmar











