NATO-da gərginlik: Akarın yunan deputatlara tutarlı cavabı

Türkiyə və Yunanıstan arasında diplomatik qarşıdurma davam edir.
Gununsesi.info  xəbər verir ki, bu dəfə gərginlik NATO Parlament Assambleyasında yaşanıb.
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar NATO PA-nın siyasi komissiyası ilə Aralıq dənizi və Yaxın Şərq qrupunun ortaq toplantısında çıxış edib. Daha sonra parlamentarilərin suallarını cavablandırıb.
Yunanlı deputatın “Kiprin şimalında işğalınız davam edir” sözlərinə Hlusi Akar sərt cavab verib.
“Kiprin şimalına işğal deməyiniz müharibə istədiyiniz deməkdir. Türkiyə Kiprin şimalında işğalçı deyil. 1974-cü ilə qədər orada qətliamtlar törədildi. Oradakı yunanların belə həyatı təhlükə altına düşdü. Bəli, biz 1974-cü ildə sülh əməliyyatı keçirdik, o dövrdən indiyə qədər həm şimalda, həm cənubda hər kəs sülh içində yaşayır. 2014-cü ildə Türkiyə bütün çatışmazlıqlara baxmayaraq, Annan Planını qəbul etdi, çünki biz sülhün olmasını istəyirik. Siz PKK/YPG, FETÖ terrorçularına düşərgələrinizdə yer verirsinizsə, bunun adı müttəfiqlik deyil. Belə vəziyyət ittifaqa zərər verir”, – Akar bildirib.
H.Akar digər yunanlı deputatın “Türkiyə Hava Qüvvələri yunan adalarının üzərindən uçur” – sözlərinə də cavab verərək bildirib ki, günahkar Yunanıstanın özüdür:
“Yunanıstan təyyarələri Türkiyənin hava sahəsini pozdu. Siz bizim hava sahəmizə müdaxilə edirsinizsə, bizim nə etməyimizi gözləyirdiniz? Radar görüntüləri də var, bu görüntüləri müttəfiq ölkələrə də təqdim etmişik”.

Gununsesi.info