NATO Finlandiya və İsveçi rəsmən üzvlüyə dəvət etdi

NATO İsveç və Finlandiyanı rəsmən alyansa üzv olmağa dəvət edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə NATO-nun Madrid Sammitində qəbul olunan bəyannaməsində deyilir.

“Bu gün biz Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etməyə və Qoşulma Protokollarını imzalamağa razılaşdıq. Alyansa istənilən qoşulma zamanı bütün Müttəfiqlərin qanuni təhlükəsizlik problemlərinin lazımi şəkildə həll edilməsi həyati əhəmiyyət kəsb edir.

Biz bu məqsədlə Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumun imzalanmasını alqışlayırıq” – deyə bəyanatda qeyd edilib.

Gununsesi.info