NATO Polşadakı pilotsuz təyyarə insidentinə hərbi cavab hazırlayır

  • Müəllif: Şəbnəm
  • 12 Sentyabr 2025 11:43

Şimali Atlantika Alyansı (NATO) Rusiyanın Polşanın hava məkanına geniş miqyaslı pilotsuz təyyarə müdaxiləsindən sonra şərq cinahında çəkindirməni gücləndirmək üçün “müdafiə xarakterli hərbi cavab” hazırlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Tədbirlər NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç tərəfindən koordinasiya ediləcək.

Polşa Belarus və Rusiya sərhədinə 40.000 hərbçi yeridib və müttəfiqlərdən əlavə hava hücumundan müdafiə sistemləri tələb edib.

Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələr də dəstək göstərəcək, Paris və London Rafale və Eurofighter qırıcılarını, Amsterdama isə Patriot hava müdafiə sistemlərini göndərəcək.

Firuzə

Gununsesi.info