Vaxtilə jurnalist olan deputatdan müsahibə zamanı gözlənilməz davranış - VİDEO

  • Müəllif: Firuzə
  • 18 Oktyabr 2026 14:03

Milli Məclisin deputatı Hikmət Babaoğlu BBC müxbirinə verdiyi müsahibə zamanı təmkinini itirərək jurnalisti təxribatçı sual verməkdə və onun sözünü yarımçıq kəsməkdə ittiham edib.

Gununsesi.info xəbər verir ki, hadisə BBC Azərbaycancanın “YouTube” kanalına verilən müsahibə zamanı baş verib.

Sözügedən müsahibə sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub. İstifadəçilər deputata qarşı ən sərt tənqidi fikirlər səsləndirib və onu dözümsüzlükdə, suallar qarşısında arqument tapa bilməməkdə ittiham edib.

Onlar həmçinin, deputatın dünyagörüşü və savadının aşağı səviyyədə olduğunu qeyd ediblər.

Hər zaman “Səs” və “Yeni Azərbaycan” qəzetlərinə şablon suallara standart cavablar verməyə alışan Hikmət Babaoğlu BBC əməkdaşının sualları qarşısında aciz duruma düşüb. Daha sonra jurnalisti ittiham etməklə vəziyyətdən çıxmağa çalışıb. O, jurnalisti təxribatçı sual verməkdə ittiham edib və müsahibə zamanı onun sözünü yarımçıq kəsib.

Qeyd edək ki, Hikmət Babaoğlu özü də vaxtilə jurnalist kimi fəaliyyət göstərib. Deputat illər ərzində qazandığı bu təcrübəni nəzərə alaraq jurnalistlə ünsiyyətdə peşə etikası qaydalarına riayət etməli olduğunu nəzərə almalıdır.

 

Elmar Elnuroğlu

Gununsesi.info