Navalnı Almaniyaya aparılıb

  • Müəllif: admin
  • 22 Avqust 2020 10:17

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı yerli vaxtla təxminən 8.00-da (Bakı vaxtı ilə 6.00) Omsk hava limanından Almaniyaya aparılıb. 

Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir ki, təyyarə saat 09.02-də (Bakı vaxtı ilə 12.02) Berlinin “Schoenefeld” hava limanına çatacaq.

Qeyd edək ki, Navalnı Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.

“FlightRadar” portalının məlumatına görə, uçuş “Bombardier Challenger 604” təyyarə reysilə həyata keçirilib.

Gununsesi.info