Navalnini Berlinə aparan şəxs: “O yaşayacaq, ancaq bir neçə ay siyasətlə məşğul ola bilməyəcək”

  • Müəllif: admin
  • 24 Avqust 2020 06:35

“Navalni yaşayacaq, ancaq bir neçə ay siyasətlə məşğul ola bilməyəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Bild” nəşrinə açıqlamasında məşhur film prodüseri, “Cinema for Peace” təşkilatının yaradıcısı, hüquq müdafiəçisi Yak Bizil deyib.

Rusiya müxalifətinin lideri Aleksey Navalninin Omskdan Berlinə aparılmasını təşkil edən Bizil onun zəhərləndiyini qeyd edib:

“Əgər o, hamımızın ümid etdiyimiz kimi bu perioddan sağlam çıxsa, heç olmasa, bir-iki ay siyasi arenada olmayacaq”, – deyə prodüser bildirib.

Bizilin sözlərinə görə, Navalninin Omskdan Berlinə aparılması yaxşı nəticə verib, amma ümumi vəziyyət hələ də narahatlıq yaratmağa əsas verir.

Gununsesi.info