Nazirlik Mehman Hüseynovun videosundakı şəxslə bağlı araşdırmaya başladı

  • By admin
  • 06 May 2021 10:39

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmaya başlayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır:

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Videogörüntülərdə qeydə alınan şəxsin M.Hüseynovu təhqir etdiyi və ona fiziki təzyiq etdiyi görünür. M.Hüseynov bildirib ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olmuş və işdən çıxarılmış Elxan Tağıyev özünü polis kimi təqdim edərək “parkovşik”i hədələyib.

 


Gununsesi.info