“Neftçi” “Beşiktaş”ın qonağı olub

  • By Günel
  • 13 Fevral 2025 19:47

Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olublar.

Gununsesi.info xəbər verir ki, “qara qartal”ın “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət edərək A komandanın üzvləri ilə görüşən klubun nümayəndələri onların məşqini izləyiblər. “Neftçi” PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, fevralın 9-da “Qalatasaray”, 12-də “Beşiktaş”la qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbağça Dərəağzı” təlim-məşq bazasında “Fənərbağça”ya qarşı keçirəcək.

Gununsesi.info