Nepalda DƏHŞƏTLİ QƏZA: 32 nəfər can verdi, çox sayda yaralı var

  • By admin
  • 13 Oktyabr 2021 09:14

Nepalın şimal-qərbində sərnişin avtobusu uçrumdan aşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 32 nəfər həyatını itirib, çox sayda yaralı var.

Qəzanın səbəbi hələ dəqiqləşdirilməsə də, avtobusun əyləc sistemində nasazlığın baş verə biləcəyi deyilir.

Sərnişinlərin çoxunun Nepal və Hindistanda qeyd olunan festivaldan qayıtdıqları bildirilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info