Netanyahu Şin Beti ittiham edir

  • By Admin2
  • 14 Mart 2025 12:50

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin daxili kəşfiyyat agentliyi Şin Betin direktoru Ronen Barı hədəf alıb. İsrail lideri Bar-ı qurumun islahatlarını əngəlləmək üçün kampaniya aparmaqda ittiham edib, Şin Bet isə ittihamları “təhlükəli” adlandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail baş nazirliyindən verilən açıqlamaya görə, Benyamin Netanyahu son günlər Şin Bet direktoru Ronen Barın rəhbərliyi ilə medianın rəhbərliyi ilə əhatəli şantaj kampaniyası aparıldığını iddia edib.

“Yeganə məqsəd oktyabrın 7-də baş vermiş fəlakətli uğursuzluqdan sonra Şin Betin yenidən qurulması üçün lazımi qərarlar qəbul etməyimə mane olmağa çalışmaqdır”, – Netanyahu bildirib.

Baş nazir Netanyahu keçmiş Şin Bet direktoru Nadav Arqamana istinad edərək qeyd edib:

“Bu gecə İsrail demokratiyasında daha bir təhlükəli qırmızı xətt keçdi. İsrailin və ya heç bir demokratiyanın tarixində heç vaxt məxfi təhlükəsizlik xidmətinin keçmiş rəhbəri canlı televiziyada oturan baş naziri şantaj edib, onu hədələyib”.

Arqaman, “Kanal 12” televiziyasına verdiyi açıqlamada, hər hansı bir qanunsuz hərəkət edəcəyi təqdirdə Netanyahu haqqında məlumatları açıqlayacağı ilə hədələmişdi.

Orxan

Gununsesi.info