Nigeriyada koronavirusla yanaşı vəba bəlası: 60 nəfər həyatını itirib

  • By admin
  • 10 Avqust 2021 09:30

Qərbi Afrika ölkəsi olan Nigeriyada koronavirus pandemiyası ilə yanaşı sürətlə yayılan vəba epidemiyası da can almağa davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber Global” Katsina Səhiyyə Komissarı Yakubu Danjaya istinadən bildirib.

Danja əyalətdə artıq 1400 nəfərə vəba diaqnozu qoyulduğunu, 60 nəfərə epidemiyadan öldüyünü bildirib. O, bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini qeyd edərək, sakinləri epidemiyaya qarşı tədbirli olmağa çağırıb.

Ümmilikdə yanvar ayından bu yana ölkədə vəba epidemiyasından 500-dən çox adam dünyasını dəyişib. Nigeriyada təmiz suya olan ehtiyacın ödənilməməsi və vaxtında, effektiv tibbi müdaxilələrin edilməməsi ölüm riskini artırıb. Ölkədə malyariya, poliomielit, tif və maymun çiçəyi (monkeypox) kimi epidemiyalara tez -tez rast gəlinir.

Gununsesi.info