“Nike”-ın satışları azalıb

Nike onilliklərin ən çətin dövrlərindən birini yaşayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Dünyaca məşhur idman geyimləri və ayaqqabı istehsalçısının maliyyə ilinin birinci rübündə satışları analitiklərin orta hesablamasından aşağı olmaqla 10 faiz azalaraq 11,59 milyard dollara düşüb.

Azalma xüsusilə Şimali Amerika, Avropa, Afrika və Yaxın Şərqdə kəskin olub. Şimali Amerikada satışlar 11 faiz azalaraq 4,8 milyard dollara, Böyük Çin isə dörd faiz azalaraq 1,6 milyard dollara düşüb.

Xalis gəlir 28 faiz azalaraq 1,1 milyard dollara düşüb.

 

 

Günel

Gununsesi.info