Nikolu devirib yerinə Köçəryanı gətirirlər? - Ermənilərin planı

  • By admin
  • 16 Sentyabr 2022 12:31

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir. Ötən gün yüzlərlə vətəndaş Paşinyanın istefası tələbi ilə aksiya keçirib.

Gununsesi.info xəbər verir ki, aksiyada müxalifət tərəfdarları, parlamentin müxalif fraksiyasının üzvləri, 44 günlük müharibədə ölən erməni əsgərlərin ailələri, eləcə də ictimai və siyasi xadimlər iştirak ediblər.

Aksiyada döyüşdə ölən erməni hərbçisinin anası çıxış edərək, yeganə məqsədlərinin Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması olduğunu söyləmyib.

Erməni qadın artıq özlərinə yeni lider seçdiklərini deyib. Onun sözlərinə görə, Paşinyan devrildikdən sonra  sonra müvəqqət hökumət yaradılacaq və parlamenti milli ruhlu şəxslər idarə edəcək.

Etirazçılar son günlər sərhəddə baş verən gərginlikdən söz açaraq, cəmi iki gündə 300-dən çox qurbanlarının olduğunu, xeyli sayda hərbçinin ağır yaralandığını və əsir düşdüyünü vurğulayıblar.

Bundan başqa, narazı sakinlər Ermənistan hakimiyyətinin artıq Qarabağdan imtina etdiyini, Paşinyanın son çıxışları ilə bunu təsdiqlədiyini söyləyiblər.

Onlar hesab edirlər ki, Nikol öz hakimiyyətini qorumaq üçün erməni gəncləri qurban verir. Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü deyən nümayişçilər çıxış yolunu Paşinyanı devirməkdə gördüklərini əlavə ediblər.

Aksiyaya qoşulan “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan isə sərhəddəki hadisələr zamanı Azərbaycanın üstünlük əldə etdiyini qeyd edib. O hesab edir ki, artıq İrəvan hakimiyyəti Azərbaycanın bütün tələblərini qəbul etməyə hazır vəziyyətdədir.

Abrahamyan qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan strateji mövqelər əldə edib, eyni zamanda bir sıra mühüm resurslar və kommunikasiyalar üzərində nəzarəti ələ alıb.

Aksiya iştirakçıları Ermənistanın keçmiş prezidenti Robert Köçəryana müraciət edərək, onun ölkəyə rəhbərlik etməsini istədiklərini vurğulayıblar. Narazı ermənilər Ermənistanın yalnız Köçəryan tərəfindən xilas oluna biləcəyinə inanırlar.

İrəvan küçələri boyunca zamanı “Satqın Nikol”, “türksüz Ermənistan” kimi şüarlar səsləndirən ermənilər Paşinyanı hakimiyyətdən yola salanadək mübarizə aparacaqlarını dilə gətiriblər.

Gununsesi.info