Üç yaşlı uşaq dərmandan zəhərləndi

  • By admin
  • 16 Sentyabr 2022 12:12

Ağdaşda üç yaşlı uşaq dərmandan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 2019-cu il təvəllüdlü M.Həşimova evdə nəzarətsiz qalaraq dərman həbləri udub.

O, dərhal xəstəxanaya çatdırılıb.

Azyaşlıya dərman zəhərlənməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info