Türk Ordusu Xan yaylağında əməliyyata başladı

  • By admin
  • 16 Sentyabr 2022 11:47

Türk Ordusu Hakkari vilayətinin Kazan vadisi və Xan yaylağı bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı “Eren blokadası – 37″ əməliyyatına başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və sığınacaq yeri kimi istifadə etdikləri Hakkarinin Kazan vadisi və Xan yaylağında təmizləmə işlərinə start verilib.

610 nəfərlik şəxsi heyətin iştirak etdiyi əməliyyatın ilk günündə Çukurca rayonunun Kazan vadisi və Xan yaylağında terror təşkilatının əsas silah və sursat anbarı aşkar edilib.

Əsas anbar və 1 sığınacaqda aparılan axtarış nəticəsində xeyli sayda qumbaraatan, silah-sursat və gündəlik ləvazimat materialları ələ keçirilib.

Gununsesi.info