Növbəti köç karvanı Kəlbəcərə çatıb — FOTOLAR

  • Müəllif: Firuzə
  • 20 Sentyabr 2025 15:40

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Gununsesi.info-nun bölgə bürosu xəbər verir ki, bu mərhələdə Gəncə şəhərindən 12 ailə (44 nəfər), Bakı şəhərindən 6 ailə (20 nəfər), Abşeron rayonundan 4 ailə (14 nəfər), Bərdə rayonundan 2 ailə (10 nəfər), Göygöl rayonundan 2 ailə (9 nəfər), Yevlax rayonundan 1 ailə (7 nəfər), Salyan rayonundan 1 ailə (6 nəfər) və Şəmkir rayonundan 1 ailə (5 nəfər), ümumilikdə 29 ailə (115 nəfər) Kəlbəcər şəhərinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə 81 ailə (338 nəfər) köçürülüb.

Növbəti köç karvanı Kəlbəcərə çatıb- FOTO  - VİDEO  - YENİLƏNİB Növbəti köç karvanı Kəlbəcərə çatıb- FOTO  - VİDEO  - YENİLƏNİB

Gununsesi.info