Nyu-York merinin azərbaycanlı köməkçisi:”Mən həbs edilməmişəm və hansısa ittihamla üzləşməmişəm” -Özəl

Son günlər sosial şəbəkələrdə ABŞ Nyu-York şəhəri merinin azərbaycanlı köməkçisi Rəna Abbasovanın həbs edilməsinə dair xəbərlər yayılıb.

Qeyd edək ki, bu xəbərlər sonradan təsdiqini tapmasa da ancaq erməni mediası bunu tirajladı.

Gununsesi.info-ya eksklüziv açıqlamasında Rəna Abbasova barəsindəki iddialara münasibət bildirib.

Onun sözlərinə görə, həbsi barədə yalan məlumatları yayan azərbaycanlılar erməni mediasına mövzu verib:

“Burada mənim hansısa məsuliyyətə cəlb olunmağımdan söhbət getmir. Hal-hazırda  Federal Təhqiqat Bürosu ( FBI)” Eric Adam’s-ın 2021″ mer seçki kampanyasına qanunsuz ianeler olduğu ilə bağlı şübhə yarandığı üçün istintaq açıb.

Mən rəsmi olaraq departamentin protokol şöbəsinin direktoru və Mer Eric Adamsın Türkiyə, Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən cavabdeh olduğum üçün meriyanın başqa işçiləri kimi ianələrlə bağlı dindirilmişəm.

Bildirmək istəyirəm ki, FBI tərəfindən aparılan araşdırma davam edir. Nə şəhər meri, nə mən, nə də başqa meriya işçiləri heç bir qanunsuz əməldə ittiham olunmur.
Təəssüf ki, bəzi adamlar bilərək, ya da bilməyərəkdən bu məlumatı yayıb”.

 

 

Gununsesi.info