O tarixi 4 ildir ki, unutmuşam…

  • By admin
  • 01 Mart 2021 21:38

“İndi başa düşürəm ki, heç kimi sevməmişəm…”

“Kifayət qədər əziyyət çəkmişəm. Elə bir həddə çatdım ki, artıq əziyyətlərimin puç olduğunu anladım. Başa düşdüm ki, artıq heç nə edə bilmərəm. Elşadla (keçmiş həyat yoldaşı, repçi- red) fərqli insanlarıq, fərqli yol gedirik. O yolları özümüz məcburi kəsişdirmişik. Elə bilmişik ki, bir-birimizi sevirik. İndi başa düşürəm ki, heç kimi sevməmişəm. Hazırki sevgim başqa istiqamətdədir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aktrisa-rəqqasə Oksana Rəsulova “Onun sirri” proqramında qonaq olarkən deyib. O, eks-əri, məşhur repçi Elşad Xose barədə etiraflar edib. Bundan əlavə, Oksana ayrılıq dövründə depressiyaya düşdüyünü, buna görə də psixoloqa müraciət etdiyini vurğulayıb:

“Onunla ayrıldıqdan sonra 2 il yarım depressiya keçirdim, tamamilə məhv olmuşdum. Psixoloq yanına getdim. 16 il idi ki, övlad sahibi ola bilmirdim. Psixoloq mənə dedi ki, sən övlad sahibi olmaq istəyirsən deyə bütün hisslərini o insana yönəltmisən. Ailə qursan, övladın olsa, o hisslərin bitəcək. İndiki Oksana tam başqa hisslər keçirir. Elşadın doğum günü 25 sentyabrdadır. 7 il ərzində 24 sentyabrdan artıq hazırlıq görürdüm ki, ilk təbriki mən edim. Lakin son 4 ildir artıq o tarixi tamam unutmuşam. O insan tamamilə beynimdən, qəlbimdən, ruhumdan çıxıb. Son 4 ildə başqa insan olmuşam. Ana olmuşam!

 

Gununsesi.info