Obamanın portretini Ağ Evdən yığışdırdı - FOTOLAR

  • By Günel
  • 12 Avqust 2025 20:11

ABŞ Prezidenti Donald Tramp Barak Obamanın prezidentlik portretini Ağ Evdən yığışdırıb.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, Tramp sabiq prezidentin portretini “gizli pilləkən”lər adlanan yerə köçürüb.

Onun yerinə isə özünün seçki yarışı zamanı məruz qaldığı sui-qəsddə lentə alınan fotosunu yerləşdirib.

Qeyd edək ki, 2022-ci ildə Ağ Evin Böyük Pilləkənində asılan Obamanın portreti Trampın göstərişi ilə əvvəlcə giriş salonuna köçürülmüşdü.

Əlavə edək ki, keçən ay Tramp Obamanı “vətənə xəyanət”də ittiham etmişdi.

obamanin-portretini-gizli-pillekenlere-kocurdu