Öldürülən generalın qızı Eldar Mahmudovu və Rüstəm Usubovu ittiham etdi - VİDEO

  • By admin
  • 30 Dekabr 2020 12:59

Müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində onun qızı Rahilə Rzayeva Yeni Müsavata sensasion müsahibə verib.

Gununsesi.Tv nin xəbərinə görə mərhum generalın qızı atasının müəmmalı qətlinin üstünün açılmamasında sabiq MTN rəhbəri Eldar Mahmudovu və Baş prokurorluğun o zamanki rəhbərliyini ittiham edib.

 

“Eldar Mahmudov ortaya uydurma xəbər atmışdı ki, guya mülk üstündə ailə zəmnində baş verib. Həmin vaxt anam deyirdi ki, mənim Eldar Mahmudova yazığım gəlir. Deməli, onun həyat yoldaşı mülk üstündə onu öldürtdürə bilər. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Anam onu məhkəməyə vermək istəyirdi. Bu işin obyektiv araşdırılmasının qarşısını alanlardan biri də baş prokurorun müavini Rüstəm Usubov idi.

 

 

Gununsesi.org