Oqtay Əliyevlə bağlı yayılan bu xəbər şaiyədir

  • By admin
  • 23 Mart 2023 11:52

Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbər şayiədir.

Gununsesi.info xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.

“Rəy verilib ki, ürəyində problem olub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şayiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. Daha sonra qəza baş verib”, – V.Murtuzəliyev bildirib.

V. Murtuzəliyev bacısı Dilarə Əliyevanın səhhətindən də danışıb:

“Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım maşını gətirib. Xəsarəti yoxdur”.

Gununsesi.info