
Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin olduğu avtomobilə hücum edilib. Hücum zamanı 3 polis əməkdaşı həlak olub, 19 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bombalı hücum nəticəsində 3 polis əməkdaşı həlak olub , 19 nəfər yaralanıb.
Bəlucistan əyalətinin Məstuk rayonunda bombalı hücum həyata keçirilib. Regional hökumət rəsmisi Şahid Rind bildirib ki, təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusquya salınaraq həyata keçirilən hücumda 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb.
Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və “terrorla mübarizəni” davam etdirəcəklərini vurğulayıb.
Milli media hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyini bildirsə də, yerli polis silahlı şəxslərin Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan bölgəsində iki poliomielit mütəxəssisini də qaçırdığını bildirib.
Orxan