“Palmali Group”un zəlzələ bölgəsinə növbəti yardımı çatdı - FOTOLAR

  • By admin
  • 25 İyul 2023 12:59

“Mərkəzi Kahramanmaraş daxil olmaqla, 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış bölgədə – Malatyadayıq”.

Bunu “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva açıqlamasında bildirib.

O Palmali Şirkətlər Qrupunun zəlzələ bölgəsinə yardımlarının bundan sonra da davam edəcəyini deyib.

“Hataydan sonra növbəti dayanacağımız məhz buradır. Gəlməyimizdə məqsəd “Konteyner Kent” qurmaqdır.

“Palmali” şirkətinin əməkdaşları bura səfərbər olunublar. Malatyada səhərimizi yüngül yeraltı təkanlarla açdıq. Zəlzələ 3.4 bal gücündə idi. Amma insanlar arasında heç bir təşviş, panika olmadı. Lakin insanların üzündə bir narahatçılıq hissi hələ də var. Elə bugün də anladıq ki, burada istər konteynerlərə, istərsə də cadırlara böyük ehtiyac var. Və biz, “Palmali” şirkəti olaraq, Malatyanın “Yeşil yurt” adlanan ərazisində 100-ə yaxın konteyner quracağıq”.

Gununsesi.info