Panama sahilində güclü zəlzələ baş verdi

  • By Günel
  • 21 Mart 2025 22:10

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Punta de Burika liman şəhərindən 123 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Yaralananlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info