Paşinyan Putinə zəng etdi

  • By admin
  • 22 İyul 2021 20:11

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

Gununsesi. info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

“Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olundu. Bölgədəki kommunikasıiyaların və iqtisadi əlaqələrin blokdan çıxarılması məsələsinə də toxunuldu”, – deyə Kremlin məlumatında deyilir.

Gununsesi. info