“Patı” ilə tutulan şəxsin oğurluğu aşkarlandı

  • By admin
  • 05 Avqust 2021 10:16

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

S.Kamranzadə barəsində Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Gununsesi.info