Tofiq Yaqublunun səhhəti pisləşib - VƏKİL HƏYACAN TƏBİLİ ÇALIR, MEHMAN SADIQOV İSƏ XƏBƏRSİZDİR

  • By admin
  • 07 Sentyabr 2020 11:38

 

Azərbaycanın tanınmış siyasi xadimi Tofiq Yaqublu ona qarşı çıxarılan məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirir.

Aİlə üzvləri bir həftəyə yaxındır ki,aclığa başlayan Tofiq Yaqublunun səhhətinin günü-gündən pisləşdiyini deyib.

Gununsesi.info onun durumu haqqında vəziyyəti öyrənmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

Ancaq əməkdaşımızla söhbətində Mehman Sadıqov deyib ki, iməzuniyyətdə olduğundan hər hansı bir açıqlama verə bilməyəcək.

Xatırladaq ki, beynəlxalq təşkilatlar Tofiq Yaqublunun işinə yenidən baxılması üçün Azərbaycan hökumətinə çağırış edib.

Bu arada isə Yaqublunun vəkili Aqil Layic Kürdəxanı təcridxanasında onunla görüşüb.

Vəkil görüşü haqqında bunları deyib: “Tofiq bəy Yaqublu ilə görüşdüm. Çox gec gəldi. Halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi, gözləri çuxura enmişdi sanki. Deyir ki, 91 kilodan 82 kiloya düşüb. Aclığının 6-cı günüdür. Deyir ki, müəssisə rəisinin müavini Rasim Əsgərov və psixoloq yanına gəlibmiş və nəsə psixoloji durumuna görə akt tərtib etmək istəyirlərmiş. İddia edir ki, sanki o, açlığı psixoloji vəziyyətinə görə edirmiş. Amma psixoloji halı çox normal olduğunu qeyd etmiş, aclığı ədalətsizliyə qarşı etdiyini bildirmişdir, psixoloji durumuna görə deyil”.

 

Gununsesi.info