Pentaqon milyonlarla IP üzərindəki nəzarəti naməlum şirkətə həvalə edib

  • By admin
  • 26 Aprel 2021 10:08

ABŞ Müdafiə Nazirliyi özünün milyonlarla IP ünvanları üzərində nəzarətini əvvəllər adı heç yerdə hallanmayan “Global Resource Systems” adlı kiçik şirkətə təhvil verib.

Gununsesi.info “The Washington Post”-a istinadən xəbər verib ki, bu, Baydenin rəsmi olaraq öz səlahiyyətlərinin icrasına başlamasından üç dəqiqə öncə baş verib.

Məlumata əsasən, şirkət yanvarın 20-də 56 milyon IP üzrə nəzarəti ələ keçirib. Hazırda isə onların sayı 175 milyona çatıb ki, bu da qlobal şəbəkədəki bütün IP-lərin 6%-ni təşkil edir.

Gununsesi.info