Pezeşkian Qətərə gedir

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2025 14:50

İran prezidenti Məsud Pezeşkian İslam və ərəb ölkələri liderlərinin fövqəladə toplantısında iştirak etmək üçün gələn həftə Tehrandan Qətərin paytaxtı Dohaya yola düşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bazar ertəsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası da daxil olmaqla müsəlman ölkələri liderlərinin fövqəladə sammitində İsrailin təcavüzkar əməlləri müzakirə olunacaq.

 

Gununsesi.info