Polis 11 kiloqram marixuana aşkarladı

  • Müəllif: Firuzə
  • 03 Oktyabr 2025 11:27

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info- ya bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Gununsesi.info