Prezident Rəhman Mustafayevi daimi nümayəndə təyin etdi

  • By admin
  • 28 Dekabr 2022 12:08

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Gununsesi.info