Prezident şəhid qızını hakim təyin etdi

  • By admin
  • 02 İyul 2022 12:53

Ötən gün Prezident İlham Əliyevin sərəncami ilə Sülhanə Sərdar qızı Hacıyeva Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

Gununsesi.info xəbər verir ki, Sülhanə Hacıyeva Birinci Qarabağ müharibəsi şəhidi Sərdar Hüseynovun qızıdır.

Sərdar Hüseynovun özü Qubadlı Rayon Məhkəməsinin sədri olub. Sülhanə Hacıyeva isə hakim təyin olunmazdan öncə Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Gununsesi.info