Prezidentin bu gün təyin etdiyi rektorun dosyesi

Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Elbrus İsayev 2019-cu ilin 3 dekabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib və bu gün səlahiyyət müddəti bitib.

Azərbaycanda qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.

 

Gununsesi.info rektorun dosyesini təqdim edir:

Elbrus Saleh oğlu İsayev 7 oktyabr 1979 – cu il tarixdə Naxçıvan  MR, Babək rayon Məzrə kəndində anadan olub. Orta  təhsilini Naxçıvan şəhər 11 saylı orta  məktəbdə alıb. 2000 –ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin magistratura  səviyyəsini fərqlənmə diplomu ilə bitirib, Heydər  Əliyev adına təqaüdə layiq  görülüb. 2001-ci ildə təhsil sahəsində uğurlara görə “İlin ən yaxşı gənci” müsabiqəsinin qalibi olub. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir.

2008-2012 –ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar  Elmlər” kafedrasının  müdiri işləyib.

2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust  2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik edib.
Ölkə başçısının 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

2006-cı ildə “Böyük İpək yolu və Naxçıvan” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

1998-2001 –ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.  2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsində ictimai-siyasi şöbənin redaktoru kimi fəaliyyət göstərib, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir. Əsas tədqiqat sahəsi beynəlxalq  mədəni-iqtisadi və diplomatik əlaqələrin  tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi əsərləri çap olunub. Azərbaycan Jurnalistlər  Birliyinin  üzvüdür.

 

 

 

Gununsesi.info