“Atletiko”nun (Madrid) argentinalı baş məşqçisi Dieqo Simeone və həyat yoldaşı Karla Pereyra Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnovun qətlə yetirilməsinin şahidi olublar.
Gununsesi.info xəbər verir ki, bu barədə “El Espanol” nəşri xəbər yayıb.
Məlumata görə, ukraynalı diplomat Madriddə Amerika məktəbinin yaxınlığında güllələnib. Simeonenin qızları Françeska və Valentina burada təhsil alırlar. Portnovun uşaqlarının da həmin məktəbdə oxuduqları bildirilir.
Qeyd edək ki, hadisə mayın 21-də baş verib. Cinayətkar hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.