Prezidentin Qətərə təyin etdiyi səfir kimdir? -DOSYE

  • By admin
  • 28 Dekabr 2022 14:04

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gununsesi.info xəbər verir ki, Mahir Əliyev bu təyinatadək Azərbaycann Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

O, 2022-ci il oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərindən geri çağırılmışdı.

Mahir Əliyev əslən Ağdaş rayonundandır. Əvəllər Təhsil Nazirliyində Xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb.

2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2019-cu ilin əvvəlindən 2022-ci il oktyabrın 17-nə kimi ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbərlik edib.

Gununsesi.info