Prokurorluq “Vital Hospital”ın zirzəmisində ölü döl tapılması ilə bağlı araşdırma başladı

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 14:25

Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə “Vital Hospital”da ölü dölün zirzəmiyə atılması barədə məlumatlar yayılıb.

Gununsesi.info