Putin ABŞ-ın Rusiyanı Qara dənizə çıxışından məhrum etmək planını pozdu

  • By admin
  • 27 Oktyabr 2022 09:53

Ronald Reyqan administrasiyası dövründə Ağ Evdə çalışmış Pol Kreyq Roberts bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanı Qara dənizə çıxışından məhrum etmək planını pozub.

Gununsesi.info “TASS”-a istinadla xəbər verir ki, Roberts bu barədə öz internet səhifəsində yazıb:

“Putin çox yaxşı başa düşürdü ki, Ukraynadakı Amerikanın marionet hökuməti icarə müqaviləsini ləğv edəcək və bununla da Rusiyanı Qara dənizə və onun vasitəsilə Aralıq dənizinə çıxışını bağlayacaq”,

O qeyd edib ki, Rusiya prezidenti referendumdan sonra Krımı Rusiyanın tərkibinə qəbul etməklə düzgün addım atıb.

Gununsesi.info