Putin Belarus xalqının üstünə ordu göndərmək istəyir

  • By admin
  • 28 Avqust 2020 17:51

 

Rusiya prezidenti Vladimir Putin “lazım gələrsə” seçkilərdən sonra başlayan və davam edən etiraz aksiyaları zamanı talançılıq hallarının qarşısını almaq, ölkədə qanun-qaydanı bərpa etmək üçün Belarusa hüquq-mühafizə orqanları kontingentinin hazır vəziyyətdə olduğunu deyib.

Gununsesi.info bildirir ki, Putin bu açıqlamanı avqustun 27-də “Rosiya” dövlət tele-kanalında yayımlanan sürpriz müsahibəsində verib. “Belarusdakı ekstremist ünsürlər həddini aşmazsa və talançı hərəkətlərə başlamazsa, Rusiya qüvvələrindən istifadə edilməyəcək” – deyə, o bildirib.

Rusiya prezidenti eyni zamanda deyib ki, o, Belarus hüquq-mühafizə orqanlarının zəif davrandığına inanır.

Putin bu açıqlamalarını uzun müddətdir Belarusda hakimiyyətdə olan avtoritar prezident Aleksandr Lukaşenko avqustun 9-da keçirilən prezident seçkilərində qalib gəlməsinə qarşı baş qaldıran nümayişləri dayandırmağa davam edərkən verib.

Seçkinin saxtalaşdırıldığına inanan etirazçılar polis nəzarətində olarkən döyülmə və işgəncələrə dair geniş sübutların olduğunu deyib, qəddar polis basqısı ilə qarşılaşıb. Müxalifətdən prezidentliyə namizəd Svetlana Tixanovskaya polisin qəddarlığı nəticəsində azı altı nəfərin öldüyünü və həbs edildikdən sonra onlarla etirazçının itkin düşdüyünü deyib.

Nümayişlər artıq 20 günü, müxalifətin isə yeni yaratdığı Koordinasiya Şurasının üzvlərinə qarşı kriminal istintaq davam edir.ı

Sürgündə olan müxalifət lideri Tixanovskayanın Koordinasiya Şurasının üzvü Mariya Kalesnikava avqustun 27-də Belarus İstintaq Komitəsinin qərargahına çağırılıb.

Belarus Konstitusiya Məhkəməsinin rəhbəri Koordinasiya Şurasının “konstitusiyaya zidd olduğunu” və şuranın rəyasət heyətinin digər iki üzvünün Lukaşenkoya qarşı icazəsiz nümayişlər təşkil etmək ittihamı ilə həbs olunduğunu elan edib.

Koordinasiya Şurasına qatılan onlarla ictimai xadimdən biri, belarusiyalı Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç avqustun 26-da İstintaq Komitəsi tərəfindən sorğu-sual edilib.

NATO-nun baş katibi Yens Stoltenberq avqustun 26-da Berlində Almaniya kansleri Angela Merkelllə görüşdükdən sonra Lukaşenko “Belarus xalqının hüquqlarına, o cümlədən söz azadlığına və dinc etiraz hüququna tam hörmət göstərməlidir” deyib.

Stoltenberq Lukaşenkonun NATO qüvvələrinin Belarus sərhədlərinə yerləşdirildiyi iddiasını da təkzib edib və repressiyaları gücləndirmək üçün NATO-dan bəhanə olaraq istifadə edilməsinin “əsassız” olduğunu deyib.

“NATO-nun regionda hərbi bazası yoxdur və dinc etirazçılara qarşı gücdən istifadə etmək üçün bunu bəhanə gətirmək tamamilə əsassızdır” – deyə,
Stoltenberq bildirib və Belarus xalqının öz gələcəyinə özünün qərar verməli olduğunu deyib.

Bu arada Avropa İttifaqının xarici işlər nazirləri seçki nəticələrini saxtalaşdırmaqda və ya etirazçılara qarşı zorakılıqda əli olan Belarusun 20 məmurlarına qarşı sanksiyalar məsələsini müzakirə etmək üçün avqustun 27-də Berlində toplaşıb.