Qəzzada ölənlərin sayı 31 min 726 nəfərə çatdı

  • By admin
  • 18 Mart 2024 14:09

İsrailin Qəzza zolağında oktyabrın 7-dən bəri davam edən təcavüzü nəticəsində həlak olan fələstinlilərin sayı 31 min 726 nəfərə çatıb, daha 73 min 792 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağınıdakı shiyyə qurumunun məlumatında deyilir.

Məlumata görə, son 24 saat ərzində anklavın daha 81 sakini həlak olub, 116 nəfər yaralanıb.

Məlumatda qeyd olunur ki, ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yol kənarlarında qalır. Təcili yardım və mülki müdafiə qrupları İsrail qüvvələrinin maneələri səbəbindən onlara çata bilmir.

 

Gununsesi.info