“Qarabağın azad edilməsi prosesində Türkiyə Azərbaycanın yanında yer alıb” – İbrahim Kalın

  • By admin
  • 01 Fevral 2021 13:08

Biz “Bir millət, iki dövlət” prinsipini əsas tutaraq azərbaycanlı qardaşlarımızın 30 illik Qarabağ həsrətini başa çatdırdıq.

 

Gununsesi.org Trend-ə istinadən bildirir ki, buna Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, Qarabağın azad edilməsi prosesində Türkiyə Azərbaycanın yanında yer alıb:

“Eyni zamanda böyük bir ədalətsizlik də aradan qaldırıldı. 30 illik münaqişənin 44 gün ərzində necə başa çatdırıldı, Qarabağ necə işğaldan azad edildi, bu müddətdə nələr baş vedi, hansı addımlar atıldı? Bunu mütəxəssislər və gənc siyasətçilər öyrənməli və tədqiq etməlidir. Qarabağ məsələsinin həll olunması ilə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranacaq və burada yeni imkanlar və fürsətlər yaranacaq”.

Gununsesi.org